BAKI, 19 sentyabr — Sputnik. Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.
APA-nın xəbərinə görə, baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.
“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.
Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.