Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 sentyabr — Sputnik. Ötən gün axşam saatlarında Şəkinin Sarıca kəndində insident baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinləri, 1934-cü il təvəllüdlü Hidayət Mürsəl oğlu Musayev və oğlu Ruslan Musayev döyülmə xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.
Müayinə zamanı məlum olub ki, 83 yaşlı Hidayət Musayevin Elman adlı oğlu atasını və qardaşı Ruslanı döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Reanimasiya şöbəsinə yerləşdirilən Hidayət Musayevə qapalı kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ruslanın xəsarəti yüngül olduğundan, müayinə edildikdən sonra evə buraxılıb.
Şəki Şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.