BAKI, 19 sentyabr — Sputnik. Səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya aparılan türkiyəli məşhur müğənni İrem Derici komaya düşüb. Sputnik Azərbaycan bu barədə "NTV"-yə istinadən xəbər verir.
Məlumata görə, müğənni uzun zaman düzgün qidalanmayıb. Formada qalmaq üçün ifrat dərəcədə pəhriz saxlayan müğənninin vəziyyəti ağırdır.
Rəfiqələri onun son günlər sadəcə pivə içdiyini deyib: "Gün ərzində demək olar ki, yemək yemirdi. Sadəcə pivə içirdi".
Həkimlər İrem Dericinin həyatda qalması üçün əllərindən gələni elədiklərini bildirirlər.