Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan milli valyutası ilə bağlı mühüm qərar verilə bilər

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Abunə olmaq
AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara aydınlıq gətirib

BAKI, 19 sentyabr — Sputnik. "Ola bilsin yüksək nominallı əsginasın buraxılmasına ehtiyac olsun. Amma bu, gələcəyin işidir". Bunu banker.az-a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: "Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir".

AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir".

Xəbər lenti
0