Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 19 sentyabr — Sputnik. Masallı rayonunun Qızılağac kəndində döyülmə hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın Cənub bürosunun xəbərinə əsasən, kənd sakini Hüseynov Rüfət öz bibisi oğlu, 1987-ciil təvəllüdlü Afiq Allahverdiyevi döyüb. Döyüldükdən sonra vəziyyəti ağırlaşan Afiq Allahverdiyevi Masallı Rayon Mərkəzi xəstəxanasına çatdırsalar da o xəstəxanada dünyasını dəyişib.
Hazırda Hüseynov Rüfət saxlanılıb və fakt üzrə araşdırma aparılır.