BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Abdullayev Rafiq Qəzənfər oğlu
Eyvazov Maqsud Əli oğlu
İbadov Faiq Aslan oğlu
İsmayılov Əli Məmməd oğlu
Rəhmanov Rahib Ramiz oğlu
Vəliyev İsmət Süleyman oğlu.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.