BAKI, 19 sentyabr — Sputnik. Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli" kosmetika zavodunda yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.
Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.
Qeyd edək ki, "Gazelli" kosmetika zavodu "AZAL"ın rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.