SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədən sərt xəbərdarlıq: Anında cavab veriləcək

© REUTERS / Yiannis KourtoglouTürkiyənin baş naziri Binəli Yıldırım, arxiv şəkli
Türkiyənin baş naziri Binəli Yıldırım, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirməyə hazırlaşdığı referendumla bağlı olduqca sərt danışıb

BAKI, 18 sentyabr — Sputnik. “İstər Suriyada olsun, istərsə də İraqda xəyallar qurub ardınca qaçanlar, bu ərazilərdə süni dövlət qurmağa çalışanlar yaxşı bilsinlər ki, milli təhlükəsizliyimizi təhdid edəcək hər hansı cəhdlər olsa, lazımi qarşılıq anında veriləcək". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Binəli Yıldırım İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirməyə hazırlaşdığı referendumla bağlı olduqca sərt danışıb.

"Heç kim cənub sərhədlərimizdə, İraqda, Suriyada ağlına gələni etməyə cəhd etməsin. Türkiyə bu məsələdə qərarlıdır. Lazımi xəbərdarlıqlar artıq edilib. Əgər təkidimizə düzgün cavab verilməsə, lazımi tədbirləri atacağıq" — baş nazir əlavə edib.

Xəbər lenti
0