Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur cütlüyün sonu çatdı

© AP Photo / Manu FernandezŞakira və Pike
Şakira və Pike - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Cütlükdən yayılan məlumatlara hələlik cavab verilməyib

BAKI, 18 sentyabr — Sputnik. Məşhur kolumbiyalı müğənni Şakira və futbolçu sevgilisi Jerard Pikenin ayrıldığı iddia olunub. Sputnik Azərbaycan "Passion"-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "HT" jurnalı məlumat yayıb.

İddianın ortaya atılmasına səbəb, ulduz futbolçu Pikenin müğənni həyat yoldaşı Şakiranın mahnılarını öz facebook və twitter səhifələrində paylaşmamasıdır. Çünki Pike "Barcelona" forması ilə vurduğu hər qoldan sonra özünə aid sosial şəbəkələrdə Şakiranın kliplərini paylaşırdı. Son oyundan sonra isə Pike bu ənənəni davam etdirməyib. Bu da şayiələrin yayılmasına səbəb olub.

Cütlükdən yayılan məlumatlara hələlik cavab verilməyib.

Qeyd edək ki, Pike və Şakiranın iki övladı var.

Xəbər lenti
0