BAKI, 18 sentyabr — Sputnik. Rusiya vətəndaşlarının dörddə biri (26%) öz pullarının bankda qoruyur. Onların yarıdan çoxu (60%) banka yatırdıqları bu vəsaiti itirməkdən qorxmur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ÜİRÖM) Sputnik-lə birgə keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.
"Hazırda sizin banklarda vəsaitiniz varmı" sualına rəyi soruşulanların 26%-i "bəli", 73%-i isə "yox" cavabını verib, 1 faizi isə cavab verməkdə çətinlik çəkiblər. 39% iştirakçı sosioloqlara banka yatırdıqları vəsaitləri itirəcəklərindən qorxduğunu etiraf edib. 60% respondent isə bu vəsaitləri itirməkdən qorxmadığını bildirib.
Qeyd olunur ki, son illərdə banklarda əmanətləri olan rusiyalıların sayı, demək olar ki, dəyişməz qalıb. Bank böhranı, defolt və əmanətlərin itirilməsini rəyi soruşulan rusların 29%-i inandırıcı hesab edir, 15% respondent isə artıq böhranın başlandığını düşünür (ümumi 44%). Rəyi soruşulanların 36%-i bankların yenidən böhranla üzləşmə ehtimalının az olduğu qənaətindədir. 4% hesab edir ki, böhran ümumiyyətlə olmayacaq. Rusların 16%-i bu suala cavab verməyə çətinlik çəkib.
Sorğu nəticəsində o da üzə çıxıb ki, rusların 67%-i bir sıra bankların lisenziyasının ləğv edilməsindən xəbərdardır, 14% respondent isə bank sektorundakı vəziyyətlə daha detallı tanışdır.
Bir müddət əvvəl Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev bəyan edib ki, ölkənin bank sistemində risk yoxdur və banklar stabil şəkildə fəaliyyət göstərir.
"ÜİRÖM-Sputnik" ümumrusiya sorğusu 29-30 avqust 2017-ci il tarixlərində keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1,2 min respondent iştirak edib.