CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank müştərinin bütov maaşına "əl qoyub"

© Sputnik / Ilham Mustafayev"Access Bank"ın Mingəçevir filialı
Access Bankın Mingəçevir filialı - Sputnik Azərbaycan
Abunə olmaq
"Sizin 67 dollar kredit borcunuz qalıb və bu səbəbdən bank tərəfindən məvacibiniz tam olaraq kredit borcunun ödənilməsinə yönəldilib"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Mingəçevir sakini halal məvacibini bankdan ala bilmir. Belə ki, Esmira Hidayətova adlı müştəri, 2015-ci ildə "Access Bank"ın Mingəçevir filialından götürdüyü krediti 2017-ci ilin 6-cı ayında ödəyib qurtarıb.

Bu barədə ona tam ödəyib qurtardığını təsdiq edən qəbz də təqdim olunub. Bankın müştərisi olan Esmira xanım, məvacibini də sözügedən bankda olan şəxsi hesabına köçürülmə yolu ilə alır.

Bu günlərdə isə xanım müştəri məvacibini almaq üçün banka üz tutsa da, qəribə məqamla üzləşib. Bankdan ona bildirilib ki, "sizin 67 dollar kredit borcunuz qalıb və bu səbəbdən bank tərəfindən məvacibiniz tam olaraq kredit borcunun ödənilməsinə yönəldilib".

© Sputnik / Ilham MustafayevBorcun tam ödənilməsi barədə mədaxil orderi
Borcun tam ödənilməsi barədə mədaxil orderi - Sputnik Azərbaycan
Borcun tam ödənilməsi barədə mədaxil orderi

Sputnik Azərbaycan-a danışan Esmira Hidayətova, bankın yalnız öz mənafeyini güddüyünü, öz qanunları ilə caamata meydan oxuduğunu bildirib: "Mənə deyirlər ki, maaşımın hamısı kreditə yönəlib. Evdə isə 6 nəfər mənim maaşıma göz dikir. Xəstə uşaq, kommunal və digər xərclər də bu pulla ödənilməli idi".

"Ötən gün işıq kartında məbləğ olmadığına görə işıqlarımız söndü. Tərslikdən suyumuz da qurtarıb ki, o da kartla ödənilməlidir. Başqa yerdən gəliri olmayan adam necə etsin? İndi oturub bir ayda işıqsız, susuz gözləməliyəm ki, gələn ay maaşım köçsün, mən ehtiyaclarımı ödəyim? Hansı qanunda yazılıb ki, müştərinin bank hesabına köçən məvacib 100% tutulsun?" — o, sual edir.

Bankdan isə müştəriyə, ərizə ilə baş ofisə müraciət etməli olduğunu, müraciət əsasında ola bilsin, məvacibin müəyyən faizinin müştəriyə qaytarıla biləcəyi bildirilib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən hüquqşünas Samir İsayev, məhkəmə qərarı olmadan bankların müştərinin məvacib kartlarından, yaxud hesablarından birbaşa pul tutulmasının qanunsuz olduğunu bildirib.

Xəbər lenti
0