Prezident özünü Stalinə bənzətdi

© Sputnik / RIA Novosti / Mediabanka keçidİosif Stalin iş otağında, 1 noyabr 1938-ci il
İosif Stalin iş otağında, 1 noyabr 1938-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Güzgüdə özümə baxanda bunu görə bilirəm, bığlarımız da eynidir"

BAKI, 18 sentyabr — Sputnik. Venesuela prezidenti Nikolas Maduro özünü SSRİ lideri İosif Stalinə bənzədib. Sputnik Türkiyə xəbər verir ki, o, bu barədə ölkə telekanallarının birində qatıldığı veriliş zamanı deyib.

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidVenesuela prezidenti Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduro - Sputnik Azərbaycan
Venesuela prezidenti Nikolas Maduro

"Məni Kariblərin Stalini olaraq görənlər var. Ona bənzəyirəm, üz cizgilərimə baxın. Güzgüdə özümə baxanda bunu görə bilirəm. Bığlarımız da eynidir" — Maduro deyib.

Maduro, onu tənqid edən qərbli liderlərin, öz ölkələrində daha sərt tədbirlər gördüyünü söyləyib: "İspaniya baş naziri məni diktator olmaqda təqsirləndirir. Kimdir diktator? 700 bələdiyyə sədrini həbs etmək üçün Kataloniyaya polis göndərən Mariano Rahoymu, yoxsa müxalifətin referendum keçirməsinə icazə verən Maduromu?"

Xəbər lenti
0