BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 24-də Almaniyada keçiriləcək parlament seçkilərinə bir həftədən də az müddət qalıb. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, hazırkı kansler Angela Merkelin Xristian Demokrat Birlik partiyasının seçilmə şansı daha böyükdür.
Bu zaman kəsimində xanım Merkelə dəstək verənlərin böyük əksəriyyətini yeniyetmə və gənclər təşkil edir.
Almaniya kansleri səsvermə haqqı olmayan 18 yaş altı uşaqlarla görüş keçirib. Merkelin paytaxt Berlindəki seçki ofisində keçirilən görüşdə uşaqlar ona maraqlı suallar ünvanlayıb.
Uşaqlar Merkelə "kansler olmasaydınız hansı peşəni seçərdiniz?" sualı verib. O isə cavabında "astronavt olmaq istərdim. Dünyada olub-bitənləri yuxarıdan görmək istəyərdim" deyə cavab verib.