BAKI, 18 sentyabr — Sputnik. İraqın Ali Məhkəməsi, ölkənin şimalındakı kürd muxtariyyətinin 25 sentyabra təyin etdiyi referendumun təxirə salınması ilə bağlı qərar verib. Sputnik xəbər verir ki, məhkəmə, hökuməti referendumun keçirilməsinə mane olmağa çağırıb.
"Referendumla bağlı məhkəməyə daxil olan şikayətlər araşdırıb qurtaranadək referendum keçirilməsi dayandırılsın" — məhkəmənin qərarında qeyd olunub.