BAKI, 18 sentyabr — Sputnik. "İraqın şimalında ikinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik". Sputnik Azərbaycan "Əl-Ərəbiyə"-yə istinadən xəbər verir ki, bu barədə İraq prezidentinin müavini, keçmiş baş nazir Nuri əl-Maliki açıqlama verib.
Kürdüstan muxtar vilayətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumu dəyərləndirən Maliki, burada əsas məqsədin bölgədə ikinci İsrail dövlətinin qurulması olduğunu deyib. "Biz buna imkan verməyəcəyik" — deyə Maliki bildirib.
"Bu referendum nə İraq xalqının, nə də kürdlərin mənfəətinə xidmət etmir. Üstəlik qanunsuzdur və ləğv edilməlidir" — prezident köməkçisi qeyd edib.