BAKI, 18 sentyabr — Sputnik. Türkiyənin 10-cu prezidenti Əhməd Necdəd Sezərin də ürək əməliyyatını gerçəkləşdirən tanınmış cərrah İlhan Paşaoğlu intihar edib. Sputnik Azərbaycan bu barədə "Sözcü"-yə istinadən xəbər verir. Həkim professorun intihar xəbəri çalışdığı universitetdə şok təsiri yaradıb.
İ.Paşaoğlunun intihar etmədən öncə ailəsinə məktub yazdığı da iddia olunur. Onun cənazəsi bu gün Ankarada torpağa tapşırılacaq.
Hadisə ilə bağlı cinayət işi açılıb.