BAKI, 18 sentyabr — Sputnik. Bu gün banklararası ticarətdə dollar manat qarşısında ucuzlaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 0,66% dəyər itirərək 1.6915 manat səviyyəsinə düşüb.
Qeyd edək ki, terminal üzərində son ticarət 1.7028 manat məzənnəsi ilə yekunlaşmışdı. Bu gün isə dollar ticarəti 1.6927 manat məzənnəsi ilə başlamışdı.