BAKI, 18 sentyabr — Sputnik. Bakının Qaradağ rayonunda kütləvi dava olub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, insident Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakinləri olan 2 nəfər gənc arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonradan mübahisəyə tərəflərin tanışları da qoşulub. Nəticədə 6 nəfər əlbəyaxa dava edib.
Dava zamanı tərəflərdən biri 25 yaşlı Emil Əhmədova və onun tanışı 25 yaşlı Rəvan Həsənova bıçaq xəsarəti yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb, vəziyyətləri ağır olaraq qalır.
Hadisənin təfərrüatlarını Qaradağ polisi araşdırır. Kütləvi dava ilə əlaqədar saxlanılanlar var.