Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Futbol klubunun qapıçısı güllələndi

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Çernoqoriyada futbol klubunun qapıçısı məşq zamanı güllələnib

BAKI, 17 sentyabr — Sputnik. Çernoqoriyanın birinci liqasında çıxış edən "Bokel" futbol klubunun qapıçısı Qoran Lenats meydanda açılan atəş nəticəsində dünyasını dəyişib.

Bu barədə "Report" xəbər verir.

Hadisə məşq zamanı baş verib. Naməlum şəxs əvvəlcə ətrafdakıları qaçırtmaq üçün havaya bir neçə güllə atıb. Sonra isə meydana çıxaraq qapıçını hədəf alıb.

Həkimlər 33 yaşlı idmançının həyatını xilas etməyə çalışıblar, lakin o, xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kotor şəhərində qatili axtarırlar.

Xəbər lenti
0