BAKI, 17 sentyabr — Sputnik. Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib.
Onun həyatı üçün təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.