CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lütfi Zadənin dəfn ediləcəyi tarix məlum oldu

© Photo : Facebook / norman.zada.1Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə
Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli alimlə vida mərasimi AMEA-da keçiriləcək

BAKI, 17 sentyabr — Sputnik. “Görkəmli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıya gətiriləcək”.

Bu barədə Modern.az-a açıqlamasında  Lütfüzadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

O, bildirib ki, vida mərasimi AMEA-da keçiriləcək: “Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq. Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək”. 

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.

Xəbər lenti
0