Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəbhə xətti yaxınlığında güclü yanğın olub

© AP Photo / Ioanna SpanouYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yarım tona yaxın məhsul yandığı bildirirlir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Ağdamda, pambıq sahəsində yanğın baş verib. Hadisə rayonun təmas xəttinə yaxın yerləşən Əfətli kəndi ərazisində, kombayn pambıq yığarkən qeydə alınıb. Yanğının baş verdiyi əraziyə FHN-nin Ağdam yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub. Alov söndürülüb.

Sputnik Azərbaycanın bölgə müxbirinin yerli sakinlərdən əldə etdiyi məlumata görə, yanğın nəticəsində təqribən yarım tona yaxın məhsul zay olub. İlkin ehtimala görə yanğına kombaynda yaranan nasazlıq səbəb olub. Yanğının daha dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti
0