BAKI, 16 sentyabr — Sputnik. Bakı şəhəri Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Belə ki, hadisə Nobel prospektində üzü Zığ istiqamətində ("Nargilə" kafesini keçəndən sonra) baş verib. Piyada Uğur Vəliyevi 90 OK 651 dövlət nömrə nişanlı Mersedes GL vurub və o, hadisə yerində ölüb.
"Report"un məlumatına görə, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Uğur Vəliyevin əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.
Polis faktla bağlı araşdırma aparır.
Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.