BAKI, 16 sentyabr — Sputnik. Şəki şəhər Sabit Rəhman küçəsi ev 4 mənzil 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Nadir oğlu Abdurəhmanov sağ qolun kəsilmiş-deşilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 36 yaşlı Etibar Abdurəhmanovun tanışı tərəfindən bıçaqlanması məlum olub. Etibar Abdurəhmanova lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Etibar Abdurəhmanovla tanışı Şəki şəhər Ruhulla Axundov küçəsində yaşayan 1999-cu il təvəllüdlü Ayxan Zaur oğlu Kərimli arasında mülkü məsələ ilə bağlı mübahisə düşüb. Mübahisə zamanı 18 yaşlı Ayxan Kərimli Etibar Abdurəhmanova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Ayxan Kərimli saxlanılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.