BAKI, 16 sentyabr — Sputnik. 4 qaçqın 56 yaşlı alman qadını zorlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dessau şəhərində polis Eritreya qaçqını olan 4 nəfəri saxlayıb. Onlar 56 yaşlı qadını zorlamaqda ittiham edilir.
Hadisə avqustda baş verib. Küçədə şüşə yığan qadına yaxınlaşan 4 gənc ona yaxınlaşaraq söhbət edib və daha çox şüşə olan yeri bildiklərini deyiblər. Onlar yaşlı qadını köhnə məktəb binasına apararaq zorlayıblar. Qadının vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Gənclərin 18-21 yaşında olduqları bildirilir. Dessau polisi bildirib ki, bütün şəhəri ayağa qaldıran hadisənin şübhəliləri nəhayət ki, saxlanılıb. Polis hesab edir ki, ötən həftə 89 yaşlı qadını da bu gənclər zorlayıb.
Şəhər polisi hesab edir ki, miqrantlar qadın ovuna çıxıb. Belə ki, 2016-cı ilin iyul ayında qaçqınlar 79 yaşlı alman qadını qəbiristanlıqda zorlamışdı. Qocalar evində yaşayan qadın, bacısının məzarını ziyarətə gələndə 40 yaşlı qaçqın tərədindən təcavüzə məruz qalmışdı.
Qeyd edək ki, 2015-ci ildən bu günə qədər Almaniyaya Şimali Afrikadan və Yaxın Şərqdən 1,1 milyon qaçqın gəlib.