Yol polisi maşın sahiblərini SMS vasitəsilə tapacaq

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Yol hərəkətinə mane olan maşınların sahibləri SMS vasitəsilə tapılacaq

BAKI, 16 sentyabr — Sputnik. Dubay polisinin üzərində işlədiyi yeni servis vasitəsilə insanlar yol hərəkətinə mane olan və başqa avtomobillərin yola çıxmasının qarşısını alan nəqliyyat vasitələri barədə məlumat vermək imkanı əldə edəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərində çıxan “Khaleej Times” nəşri Dubay polisinin intellektual servislər üzrə baş direktoru Xalid Nasir Əbdülrəzzaq Al-Raszukinin bəyanatına istinadla məlumat verib.

Al-Raszuki qeyd edib ki, yeni servisin işə salınması ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq və SMS vasitəsilə onu xəbərdar etmək məqsədi daşıyır. Bu xidmət Dubay polisinin “ağıllı” əlavəsinin bütün istifadəçiləri üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, servisin istifadəçiləri avtomobil dayanacaqlarında hərəkətə mane olan avtomobilin nömrə nişanını göstərə bilərlər. Dubay polisi avtomobilin sahibinə maşınını kənara çəkməsi tələbi ilə SMS göndərəcək. Polisin SMS-i cavabsız qalsa, bu qanunun pozulması faktı kimi qeydə alınacaq. Bu xidmət insanların cüzi xətalar barədə məlumat vermək üçün müraciət etdikləri əməliyyat şöbəsinin yükünü azaldacaq.

Dubay polisinin intellektual servislər üzrə baş direktoru xüsusi vurğulayıb ki, Dubay polisinin smartfonlar üçün əlavəsinin istifadəçilərinin sayı artaraq ötən il 2,35 milyon nəfərə çatıb.

Xəbər lenti
0