BAKI, 16 sentyabr — Sputnik. Bir qrup İŞİD üzvü Suriya qoşunlarına təslim olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Deyr-Əz-Zor rayonunda baş verib.
Qeyd edək ki, uzun müddətdir ki, bu rayon ərazisində Suriya qoşunları ilə döyüşən terror təşkilatı üzvlərinin müqavimət gücü azalıb.
Xatırladaq ki, Suriyada 2011-ci ildən Prezident Bəşər Əsəd tərəfdaşları ilə üsyançılar arasında müharibə davam edir. Artıq müharibə geniş vüsət alıb və vətəndaş müharibəsinə çevrilib. Bu səbəbdən də ölkədə "İslam Dövləti" kimi terror qruplaşmaları güclənib.