DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ölkə əhalisinin sayı ildə 1 faiz azalır

© Photo : Facebook / CityHallofTbilisiTbilisidə park, arxiv şəkli
Tbilisidə park, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb

BAKI, 16 sentyabr — Sputnik. Gürcüstan əhalisinin sayı son 15 ildə 15 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Milli Statistika Xidmətinə istinadən məlumat yayıb.

Xidmətin məlumatına görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Ekspertlərin fikrincə bu əsasən üç amil — ölüm sayının artması, doğuşların azalması və əhalinin miqrasiyası ilə bağlıdır. Məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarısında ölüm halları doğuş faktından 1,6 faiz çoxdur. Belə ki, cari ilin birinci yarısında 25,9 min ölüm, 25,5 min doğum faktı qeydə alınıb.

Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb.

Xəbər lenti
0