BAKI, 16 sentyabr — Sputnik. Dünyanın ən yaşlı sakini Vayolet Mosse-Braun vəfat edib.
APA-nın məlumatına görə, bu barədə Yamayka baş naziri Endryu Holness özünün "Twitter" səhifəsində yazıb.
Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub.
Bu ilin aprelin 15-dən V. Mosse-Braun dünyanın ən yaşlı sakini sayılır. Qadın həmçinin Yamaykanın ilk uzun ömürlü sakini hesab olunur.
Onu da əlavə edək ki, V. Mosse-Braunun adı dünya tarixində ən yaşlı insanların ilk "beşliyi"ndə yer alıb.