Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu

© Sputnik / Vladimir Smirnov / Mediabanka keçidHəkimlər, arxiv şəkli
Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbrayıl Süleymanovun müalicə aldığı xəstəxana edilən səhvi etiraf edərək uşağın ailəsinə başsağlığı verib

BAKI, 16 sentyabr — Sputnik. Norveçdə 6 yaşlı Cəbrayıl Süleymanov həkim səhvinin qurbanı olub. Sputnik Rusiya mətbuatına istinadla xəbər verir ki, uşaq sentyabrın 14–də Haukeland Universiteti Xəstəxanasında dünyasını dəyişib. Bu barədə Oslo Kral Xəstəxanasının mətbuat katibi Anders Bayer məlumat verib.

Bayer bildirib ki, uşağın ölüm səbəbləri araşdırılır. Qeyd edilib ki, 6 yaşlı uşaq həkim səhvindən dünyasını dəyişib.

Məlumata görə, uşaq sözügedən xəstəxanada müalicə alırmış. Ona xərçəng diaqnozu qoyulub. Kimyaterapiya müalicəsi zamanı uşağa iki dərman verilməli imiş. Dərmanlardan biri vena daxilinə, digəri isə beyninə vurulmalı olduğu halda həkim dərmanları səhv saldığı üçün uşaq komaya düşüb. Bu hadisə avqustun 22-də baş verib. Uşağın həyatını xilas etməyə çalışıblar və onu Osloya köçürüblər. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib və süni nəfəs aparatından ayırmağa qərar veriblər.

Cəbrayıl Süleymanovun müalicə aldığı xəstəxana edilən səhvi qəbul edərək uşağın ailəsinə başsağlığı verib. Rusiyanın Norveçdəki səfirliyindən bildirilib ki, Cəbrayıl Süleymanov RF vətəndaşı olub.

Xəbər lenti
0