ELM

Millət vəkili əhalinin ürəyindən keçənləri dedi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Görün, nə qədər universitetə qəbul olmuş insanlar təhsilini davam etdirə bilmir, çıxıb gedirlər"

BAKI, 15 sentyabr — Sputnik. Milli Məclisə "Təhsil kreditləri haqqında" qanun layihəsi vermişik. Bu qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bir dəfə də müzakirə etmişik. Sonra banklar bu qanun layihəsi ilə əlaqədar müəyyən mənfi rəylər verdilər və bu, gündəlikdən çıxarıldı.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

"Görün, nə qədər universitetə qəbul olmuş insanlar təhsilini davam etdirə bilmirlər, çıxıb gedirlər. Yəni, universitetə gəlmirlər, təhsil haqqını ödəyə bilmirlər. Vəziyyətləri həddindən artıq gərgindir. Ona görə də bu qanun layihəsinin qəbul edilməsinə çox böyük ehtiyac var. Layihənin üzərində işləmək lazımdır, gəlin işləyək, razılaşdıraq. O vaxt bəzi nazirlər ilə biz bunu razılaşdırmışdıq və rəy də almışdıq" — Əhmədov bildirib.

O, qeyd edib ki, "Təhsil kreditləri haqqında" qanun layihəsinə baxmaq lazımdır: "İndi olmasa da heç olmazsa, gələn sessiyada bunu qəbul edək. Bu çox vacib məsələdir".

Xəbər lenti
0