Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Prezident Administrasiyasının rəsmisi ilə görüşüm olub"

© Sputnik / Murad OrujovАкадекмик Зияд Самедзаде
Акадекмик Зияд Самедзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyad Səmədzadə: "Əsas məsələ Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar müvafiq orqanın yaradılıb-yaradılmaması ilə bağlıdır"

BAKI, 15 sentyabr — Sputnik. "Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda mənim Prezident Administrasiyasının rəsmisi ilə görüşüm oldu. Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq, qanunda bir neçə mübahisəli məsələ var. Bu istiqamətdə çox ciddi işlər aparılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri iclasda bildirib ki, əsas məsələ Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar müvafiq orqanın yaradılıb-yaradılmaması ilə bağlıdır.

"Bu məsələ ətrafında mübahisə gedir. Mənə elə gəlir ki, bu Strateji Yol Xəritəsinin monitorinqində Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi öz əksini tapıb" — deputat əlavə edib.

Xəbər lenti
0