BAKI, 14 sentyabr — Sputnik. Türkiyənin Muğla vilayətinin Fəthiyə mahalında 3-cü Beynəlxalq Zurna Festivalı keçirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivala Azərbaycanlı zurnaçılar da qatılıb. Azərbaycandan başqa daha 6 ölkə tədbirdə iştirak edib.
Festivalın təşkilatçısı Muğla Böyükşəhər Bələdiyyəsi Mədəniyyət departamentinin rəhbəri Əli Zağlı iştirakçılara uğurlar diləyib.
Daha sonra çıxış edən zurnaçılar tamaşaçılara xoş ovqat bağışlayıblar.