CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlı: "Şəhadəti keçirməyin metodları yeni dövrə uyğun olmaldır"

© Sputnik / Murad OrujovПредседатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы
Председатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы - Sputnik Azərbaycan
Abunə olmaq
"100-500 il əvvəl etdiklərimizi təkrar etmək olmaz"

BAKI, 14 sentyabr — Sputnik. "Dekabr ayına qədər yeni film hazır olacaq. Bu film "Vəhdət" adlanır. Bu cür sənədli filmlərə çox ehtiyac var". Bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

"Bizim milli dəyərlərimiz İslami dəyərlərdir. Biz dəyərlərimizi yad ünsürlərədən, digər dinlərin missionerlərindən qorumalıyıq. Yeni nəsil bu dəyərləri geniş şəkildə mənimsəməlidir. Biz İmam Hüseynin şəhadəti ilə bağlı çox böyük tədbirlər keçiririk. Şəhadəti keçirməyin metodları yeni dövrə uyğun olmalıdır. İndi insanlara bunu əyani şəkildə göstərməyə ehtiyac qalmayıb. İnternet üzərində onlarla film var. Biz indi bunu sözlə insanlara başa salmalıyıq. Bu şəhadətin səbəblərini çatdırmalıyıq. Xristianlıqda da belə tədbirlər var. Məsələn İsa Məsihin çarmıxa çəkilməsini hər il göstərən TV-lər var. Ancaq bunu kilsə rəhbərləri bunu təqdir etmir. Biz də islamdakı şəhadətlərin mahiyyətini insanlara çatdırmalıyıq" — komitə sədri bildirib.

Qurbanlı çıxışı zamanı bölgələrdə məscidlərin mikrofon probleminə də toxunub. O, bildirib ki, mikrofondan istifadə etməni heç kim məhdud etmir. Amma ondan istifadə edən zaman ölçüb-biçmək lazımdır: "Bəzən iki məsciddən gələn səslər bir-birinə qarışır. Məhərrəmlikdə gecə saat 12–dən sonra mikrofonla mərsiyələr deyilir. Camaat o vaxt yatmış olur. Yaxşı olardı ki, mərsiyə deyilən zaman gecə saatlarını nəzərə alıb, həmin mərsiyələr məscidin daxilinə ünvanlansın. Hər bir rayonun vəziyyətini nəzərə alıb belə işləri həyata keçirmək lazımdır. Buna görə də biz gördüyümüz işlərdə zamana uyğun etməliyik. 100-500 il əvvəl etdiklərimizi təkrar etmək olmaz".

Xəbər lenti
0