BAKI, 14 sentyabr — Sputnik. Bir çox saytlarda yeni tədris ilinin sentyabrın 18-dən başlanacağı barədə məlumatlar yer alıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında, bu məlumatların yanLış olduğunu bildirib.
"Bir çox saytlarda dərslərin 18 sentyabrda başlaması ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək" — o deyib.
Valehov, həmçinin qeyd edib ki, bu il məktəblərə 1.445.049 şagird gedəcək.