Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Oksana Rəsulova keçmiş əri ilə bağlı sirləri açıqladı

© Sputnik / Kemale AliyevaЭльшад Хосе и Оксана Расулова
Эльшад Хосе и Оксана Расулова - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı rəqqasə hesab edir ki, karyera ilə şəxsi həyatı qarışdırmaq olmaz və tənha olmaq bədbəxt olmaqdan yaxşıdır

BAKI, 14 sentyabr — Sputnik. Məşhur azərbaycanlı rəqqasə, Hindistanın telelayihəsi olan "India's Best Cine Stars Ki Khoj" istedadlar şousunun qalibi Oksana Rəsulova o adamlardandır ki, nəinki öz üzərində daim işləyir, yeni layihələr ortaya qoyur, eyni zamanda şəxsi həyatı ilə də həmişə gündəmdə olur. Oksana Rəsulova çəkildiyi yeni film və o filmdə tərəf müqabili olmuş keçmiş həyat yoldaşı Elşad Xose barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

– Oksana, siz bir neçə peşəni birləşdirmisiz. Hazırda onlardan ən çox hansı sizin ürəyinizcədir?

– Mən özümü hər yerdə sınamağı xoşlayıram. İndiyə qədər məni hər yerdə hind rəqslərinin ifaçısı kimi tanıyırdılar, amma indi həm də aktrisa kimi tanıyırlar. Mən rəqs etməyi davam etdirirəm, öz rəqs məktəbimə rəhbərlik edir və şagirdlərimi yetişdirirəm. Amma mən özümü həmişə aktrisa kimi də sınamaq istəmişəm. Hazırda daha çox aktyorluqla məşğulam, nəinki rəqslə. Bu günlərdə bizim yeni "Mələyin öpüşü" filmimizin premyerası olacaq. Filmin yaradıcısı mənim "OksiMedia" prodakşn mərkəzimdir. Eyni zamanda mən "Lal yuxu" serialında da çəkilirəm.

© Sputnik / Kemale AliyevaAktrisa Oksana Rəsulova
Aktrisa Oksana Rəsulova - Sputnik Azərbaycan
Aktrisa Oksana Rəsulova

– Sizin ilk filminiz "Şər qarışanda" bir o qədər də uğurlu olmadı. Siz bunun üçün az pul itirməmişdiz. İkinci filminizin də əvvəlki kimi uğursuz olmayacağına inanırsız?

– Bir damcı da itirdiyim pullara görə heyfslənmirəm. "Şər qarışanda" filmində çoxlu qan, qətllər vardı. Düşünürəm ki, bizim ilk layihəmiz bu səbəbdən uğurlu alınmadı. Bu dəfə biz sevgi dramı çəkmək qərarına gəldik. Bizim ikinci filmimizin büdcəsinin nə qədər böyük olduğunu dəqiq rəqəmlərlə deyə bilməyəcəm. Büdcə qadının yaşı kimidir, ona görə də yaxşı olar ki, soruşmayasan.

– Siz uzun müddət keçmiş həyat yoldaşınız Elşad Xose barədə suallara cavab verməkdən imtina etmisiz. İndi, birlikdə eyni filmə çəkiləndən sonra tamaşaçılarda belə bir sual yaranıb: Siz yenidən birlikdəsiz?

– Biz beş il bundan əvvəl ayrılmışıq. Onda hamı bizim münasibətlərimizi müzakirə edirdi. Düşünürəm ki, bizim birliyimiz sadəcə uğursuz oldu. Hazırda biz dostluq edirik, layihələrimizi dəstəkləyirik. Birlikdə olacağıq, ya yox, onu zaman göstərəcək.

– Ekranda artıq münasibətləriniz olmuş adamla sevişmək çətin deyil ki?

– Mənə çətin olmadı, çünki biz Elşadla bir-birimizi çox yaxşı başa düşürük. Mənə onunla həmişə asandır. Biz ekranda necəyiksə, həyatda da eləyik — dalaşırıq, söyüşürük, sonra barışırıq.

– Keçmiş ərlə dostluq münasibətlərini necə saxlamaq olar? Sizin məsləhətiniz.

– Hər kəs ayrı-ayrı səbəblərdən boşanır. Ona görə də mənə insanlara məsləhət vermək çətindir. Bizim elə böyük problemimiz olmayıb ki, düşmənə çevrilək. Hər şeyi açıb-tökmək və keçmişə qayıtmaq istəmirəm. Hazırda bizim münasibətlərimiz yaxşıdır və buna yalnız sevinmək lazımdır.

© Sputnik / Kemale AliyevaAktrisa Oksana Rəsulova
Aktrisa Oksana Rəsulova - Sputnik Azərbaycan
Aktrisa Oksana Rəsulova

– Aktrisa bütün səhnələrdə, eləcə də açıq səhnələrdə çəkilməlidir. Siz özünüzə hər hansı məhdudiyyətlər qoymusuz?

– Bəli. Mənim indiyə qədər hər hansı açıq səhnəm olmayıb və bundan sonra da olmayacaq. Çünki heç vaxt elə səhnələrə çəkilməyə razılaşmayacağam. "Mələyin öpüşü" filmində öpüşmə səhnəsinə ona görə razı olmuşam ki, mənim tərəfdaşım Elşad olub. Başqa adamla heç vaxt öpüşə bilməzdim. Mən bunu əminliklə deyirəm.

– Oksana, sizin şöhrətiniz gün-gündən artır, amma Xosedən ayrılandan sonrakı beş il ərzində şəxsi həyatınızda irəliləyiş olmayıb. Niyə?

– Şəxsi həyatla karyeranı qarışdırmaq olmaz. İkisindən birini seçmək lazımdır. Mənim məşğuliyyətlərim var və ona görə də düşünmürəm ki, kiminləsə görüşüm və vaxt keçirim. Hazırda mən yalnız öz işlərimlə məşğul oluram.

– Bəs həyatda əsl sevgi neçə dəfə ola bilər?

– Həyatda həqiqi sevgi ilə yalnız bir dəfə rastlaşmaq mümkündür. Sən hər dəfə nə vaxtsa həyatında olan müxtəlif adamlar barədə xatirələrə, düşüncələrə dala bilməzsən. Sən yalnız bir adam haqqında düşünə bilərsən.

– Sizcə niyə özəl həyatınız alınmır?

– Bilmirəm. Çox qadın var ki, onların ərləri, uşaqları var, amma xoşbəxt deyillər. Onlar hər şeyə dözürlər ki, ailələrini dağıtmasınlar. Bu qadınlar öz ərlərindən nə zamansa arzuladıqları sevgini görmürlər. Elə ailələrə baxanda düşünürəm ki, ondansa mənim kimi tək olmaq yaxşıdır. Mən tənhayam, amma sevgim həmişə mənimlədir. Mən doğmalarımı sevirəm.

Xəbər lenti
0