BAKI, 14 sentyabr — Sputnik. Bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhərrəmlik ayları ilə bağlı mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda "Moizələr və Xütbələr" kitabı təqdim edilib. Kitabda 54 moizə yer alıb. Kitab İslam dünyasında bu tip ilk kitabdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu kitabdan bütün din xadimləri istifadə etməlidir: "Çünki zaman dəyişdikcə xütbələrin forması dəyişir. Kitabda xürafatdan uzaq məlumatlar yer alıb. Siz bu kitabda deyilənlərə riayət etsəniz heç bir problem yaşamayacaqsınız. Aşuradan sonra bütün imamalardan tələb edəcəyəm ki, Aşuranın necə keçdiyi barədə öz fikirlərini yazıb göndərsinlər. Lazım olsa, təkliflərini də yaza bilərlər".