BAKI, 14 sentyabr — Sputnik. Hazırda Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanmasi ilə əlaqədar mətbuat konfransı keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.
"Qarşıdan məhərrəmlik ayı gəlir. Məhərrəmlik ayı müqəddəs aydır, İmam Hüseyn ağanın şəhadət etdiyi aydır. İnşəallah, bu ayı bütün qaydalara uyğun keçirəcəyik" — Allahşükür Paşazadə bildirib.
Daha sonra "Şəhadət" filmindən bir parça nümayiş etdirilib.