BAKI, 14 sentyabr — Sputnik. Sızanaqlar insanları ən çox narahat edən kosmetik qüsurlardan biridir.
Sızanaqları müalicə etmək üçün bir çox vasitələr mövcuddur. Sputnik Azərbaycan saglamolun.az-a istinadən bu problemi həll etmək üçün sizə çox effektli vasitəni təqdim edir. Bu ucuz vasitə sızanaqları müalicə edən bahalı vasitələrdən heç də dala qalmır.
Beləliklə, eyni miqdarda olmaqla Bepanten, 2%-lıq salisil mazı və sink mazı götürülür. Vasitələr yaxşı qarışdırılır və hər axşam problemli yerlərə çəkilir.
Hazır vasitəni kiçik şüşə qabda soyuducuda saxlayın.