Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Parçalara bölünüb Hövsan kollektoruna atılmış şəxs kimdir?

© Sputnik / Irade JELILÇirkab suları miqrasiya etmək qabiliyyətinə malikdir
Çirkab suları miqrasiya etmək qabiliyyətinə malikdir - Sputnik Azərbaycan
Abunə olmaq
Güllələnib parçalara bölünmüş cəsədin sadəcə əlləri tapılmayıb

BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 5-də Azərsu ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektorunda tapılmış, hissələrə parçalanmış meyitin sahibi "Makarov" tipli tapança ilə qətlə yetirilib. Onun çiyin nahiyəsində sümüyə batmış güllə aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Boyun nahiyəsinin bir hissəsi olmadığından gülləni dərhal tapmaq mümkün olmayıb. Hazırda parçalanmış cəsədin demək olar, bütün hissələri tapılıb, təkcə boynu və əllərindən başqa. 

Михаил Саакашвили, председатель Одесской областной государственной администрации - Sputnik Azərbaycan
Sabiq prezidentə qarşı cinayət işi açılıb

Öldürülmüş şəxsin qaşları, kirpikləri və başında tükü yoxdur. İstintaq orqanlarının rəyinə görə, qatil qurbanının hər yerini qırxıb ki, onu tanımaq mümkün olmasın. Öldürülən şəxsin kirpikləri yandırılıb, saqqalı qırxılıb. Onun paltarları isə tapılmayıb.

Hələlik xəbərsiz itkin düşmüş şəxslərlə bağlı məlumat bazasının yoxlanması bir nəticə verməyib.

Suraxanı rayonunun istintaq orqanları öldürülmüş kişinin şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən də hüquq mühafizəçiləri kömək üçün ictimaiyyətə müraciət ediblər. Ötən həftənin dördüncü günü AR-nın Baş prokurorluğu qətlə yetirilmiş şəxsin başının fotosunu, eləcə də ərazi üzrə polis orqanlarının və Bakı şəhər Prokurorluğunun telefonlarını yayıb ki, əgər vətəndaşlar arasında cinayətin qurbanı tanıyanlar varsa, məlumat versinlər.

Bakı şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, onlara hələlik istintaq orqanlarının cinayətin izinə düşməsinə yardım edəcək heç bir informasiya daxil olmayıb. 

Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Vağzalda qətliam: uşaqları güllələdilər

Xatırladaq ki, əvvəllər mütəxəssislər qətlin şəhər kənarında, insanların olmadığı yerdə törədildiyini bildirirdilər. Onların fikrincə, qətl Bilgəh qəsəbəsi ərazisində baş verib. Çünki paytaxtın mərkəzi hissəsində baş versəydi, belə hadisə nəzərə çarpmamış olmazdı. Qurbanın cəsədinin qısa müddətdə aşkarlanması bu versiyanı daha inandırıcı edir. Qatil cəsədin hissələrini onun aşkarlandığı yerin yaxınlığındakı təmizlik kollektorunun lyukuna tullayıb.

Ehtimallara görə, əvvəlcə qatil qaçmağa cəhd edən qurbanını belindən vurub. Sonra o, yaralı kişinin sinəsinə və qarnına atəş açıb. Qətlin ardından cəsəd başqa yerə aparılıb və hissələrə bölünüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Bu qətllə bağlı müxtəlif versiyalar irəli sürülür. Versiyalardan birinə görə, öldürülən şəxsin radikal islamçı ola biləcəyi ehtimalı var.

Xəbər lenti
0