BAKI, 14 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7008 manat olub.