BAKI, 14 sentyabr — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq, Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almasını Sputnik-ə dəyərləndirib. "NATO-ya üzv ölkələr nə cür silah-sursat alacaqlarına özləri qərar verir" — baş katib deyib.
"Bu, Türkiyənin şəxsi, milli qərarıdır. Bizim üçün əsas olan müttəfiqlərimizlə müştərək çalışmağımızdır" — Stoltenberq əlavə edib.
Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almasına, ABŞ başda olmaqla bir çox qərb ölkələri etiraz etmişdi.