Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatr yeni mövsümə sürpriz hazırlayır

© Photo : REPORTYUĞ Dövlət Teatrının binası, arxiv şəkli
YUĞ Dövlət Teatrının binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Teatrda sentyabr ayında "Medeya. Sekvensiya 01", "Boy", "Metamorfoza", və "Sonuncu" tamaşaları nümayiş olunacaq

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır. Sputnik Azərbaycan xəbər verir ki, kollektiv sentyabr ayının 20-də K.Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası ilə seyrçilərini salamlayacaq. Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Teatrda sentyabr ayında "Medeya. Sekvensiya 01", "Boy", "Metamorfoza", və "Sonuncu" tamaşaları nümayiş olunacaq.

YUĞ Teatrı cari mövsümdə Təranə Vahidin "Quş dili", Qan Turalının "Polkovnikin üç günü", H.İbsenin "Vahimə" əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

Teatrın sentyabr ayına olan repertuarını təqdim edirik:

20.09.17 – "Səsimi unutma" (K.Abdulla)

21.09.17 – "Boy" (T.Əngin)

26.09.17 – "Metamorfoza" (S.Haqverdiyeva)

27.09.17 – "Sonuncu" (Pərvin)

28.09.17 – "Medeya. Sekvensiya 01" (V.Klim)

Xəbər lenti
0