Yeni 2017/2018-ci tədris ilində dərs prosesinin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra yeni qaydaların tətbiqi gözlənilir.
Yeniliklər nədən ibarətdir, şagirdlər və valideynlər yeni dərs ilindən nə gözləyirlər? Bu barədə Azərbaycan Multimedia Mətbuat Mərkəzində AR Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Fərzəli Qədirov, həmçinin təhsil sahəsinin ekspertləri — Nadir İsrafilov, Etibar Əliyev, Şahlar Əsgərov və Məlahət Mürşüdlü danışdılar.