Qırmızı işıqdan keçənlər sürücülük hüququndan məhrum ediləcəklər

© Sputnik / Anar MustafayevСветофор на проспекте Матбуат в Баку
Светофор на проспекте Матбуат в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Gizli radar da qanunsuz olduğuna görə, biz də məcburən yol polislərinin sayını artıracağıq"

BAKI, 13 sentyabr — Sputnik. "Sürücülər bundan sonra işıqforun qırmızı işığına daha həssas yanaşmalı olacaq. Bu qanunu pozanlar pul cəriməsi ödəməklə yanaşı, onların sürücülük vəsiqələri də əllərindən alınacaq".

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir, həmçinin yollarda polislərin sayının artırılacağını da deyib.

"Avtomobil hərəkətinin sıx olduğu saatlarda, həmçinin qəzaların çox olduğu yerlərdə yol polislərinin sayı artırılacaq. Təəssüflər olsun ki, sürücülərin böyük əksəriyyəti sürət radarların yerini əzbərə bilirlər. Ora yaxınlaşanda sürəti azaldır, uzaqlaşanda isə sürəti artırırlar" — Soylu bildirib.

"Bilənlər bilməyənlərə qarşıda radar olduğunu lampalarla işarə edirlər. Gizli radar da qanunsuz olduğuna görə, biz də məcburən yol polislərinin sayını artıracağıq" — nazir vurğulayıb.

Xəbər lenti
0