İlham Əliyev islahatlardan danışdı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib
İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib

BAKI, 13 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olduqlarını, bu tarixi irsin yüksək səviyyədə qorunub saxlanılmasının və İçərişəhərin gözəlliyinin onlarda dərin təəssürat yaratdığını dedi.

İçərişəhərin UNESCO-nun ümumdünya irs siyahısına daxil edildiyini deyən Prezident İlham Əliyev bu irsin qorunmasına dövlətin xüsusi diqqət göstərdiyini vurğuladı. Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu dedi. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatların önəmindən danışan Prezident İlham Əliyev biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılması və daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini qeyd etdi.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib
İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib

Dövlətimizin başçısı Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi, savadlı və bacarıqlı kadr potensialının artırılması istiqamətində görülən işlərdən və ölkənin bank sektorunda aparılan islahatlardan danışdı. 2017-ci ili maliyyə sabitliyi ili kimi qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı 2018-ci ildə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini dedi. O, neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatında yaranan fəsadların Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılması, makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində hökumətin atdığı addımların əhəmiyyətini xüsusi vurğuladı.

Manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edən Cihad Azur, iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğuladı. Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti
0