Dünya yeni "dollar sıçrayışına" hazırlaşır

© REUTERS / Staff/RemoteFrankfurt fond birjası, 12 sentyabr 2017-ci il
Frankfurt fond birjası, 12 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
FED 2017-ci ildə yenidən faiz artımına gedə bilər

BAKI, 13 sentyabr — Sputnik. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il daha bir dəfə faiz artımına getmək ehtimalı yüksəlməyə başlayıb. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bundan bir neçə gün əvvəl, bu ehtimal olduqca aşağı olub.

ABŞ-da çərşənbə və cümə günləri açıqlanacaq statistik göstəricilər, FED-in gələn həftə keçiriləcək toplantısına dair gözləntiləri müəyyənləşdirəcək. Beynəlxalq investisiya şirkəti olan "BlackRock"un baş strateqi Ceffri Rozenberq deyib ki, FED 2017-ci ildə yenidən faiz artımına gedə bilər.

Qeyd edək ki, FED-in faiz artımına getməsi, bütün dünya üzrə dolların güclənməsi anlamına gəlir. Təbii ki, bu prosesin Azərbaycandan da yan keçməyəcəyi istisna olunmur.

Xəbər lenti
0