CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düşmənin belə, ehtiramla dəfn etdiyi azərbaycanlı qəhrəman

© Sputnik / Ilham MustafayevFərrux ağa Qayıbovun "Fəxri Qazaxlılar" parkındakı büstü
Fərrux ağa Qayıbovun Fəxri Qazaxlılar parkındakı büstü - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxda Fərrux ağa Qayıbovun xatirəsi anılıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Qazax rayonu özünün dünya şöhrətli şair, yazıçı, elm xadimləri ilə yanaşı, qəhrəman döyüşçüləri və ixtisaslı hərb xadimləri ilə də məşhurdur. Artilleriya generalı, top "Allahı" adlandırılan Əli ağa Şıxlınski, hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə qafqazlı İbrahim ağa Vəkilov, bolşeviklərə qarşı ən böyük üsyana rəhbərlik etmiş Cavad bəy Şıxlınski və digər sadalamaqla bitməyən qəhrəman vətənpərvər oğullar, məhz bu torpaqda dünyaya göz açıblar.

Hərb tariximizin öncüllərindən olmuş qazaxlılardan biri də, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovdur. Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 2 oktyabr 1891-ci ildə Qazax qəzasının Qıraq salahlı (indiki Aşağı Salahlı) kəndində, hərbçi ailəsində anadan olub. Erkən yaşlarında atasını itirən Fərrux ağa, Əli ağa Şıxlinskinin məsləhəti ilə 5 illik Tiflis Kadet Korpusuna, 1910-cu ildə isə oranı bitirərək, Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur.

© Sputnik / Ilham MustafayevFərrux ağa Qayıbovun "Fəxri Qazaxlılar" parkındakı büstü
Fərrux ağa Qayıbovun Fəxri Qazaxlılar parkındakı büstü - Sputnik Azərbaycan
Fərrux ağa Qayıbovun "Fəxri Qazaxlılar" parkındakı büstü

1913-cü ildə podporuçik rütbəsi alan Fərrux ağa, 39-cu artilleriya briqadasında xidmətə başlayır və burada İlya Muromets-16 ekipajına qəbul edilir. Birinci Dünya Müharibəsi başlayanda isə Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edir.

1916-cı ilin sentyabr ayının 12-də İlya Muromets hərbi hava gəmisinə yeni döyüş tapşırığı verilir — hazırda Belarus torpaqları olan Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı alır. 25 yaşlı həmyerlimiz üçün sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır.

© Sputnik / Ilham MustafayevFərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarəyə
Fərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarəyə - Sputnik Azərbaycan
Fərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarəyə

Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən İlya Muromets təyyarəsi, aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür.

Qüvvələr nisbəti fərqli olan döyüşü izləyən alman ordusu, təyyarəçimizin igidliyinə heyran qalır. Almanlar, düşmən də olsa, İlya Muromets təyyarəsinin heyətinin göstərdikləri şücaəti dəyərləndirərək öz əsgərləri kimi dəfn edir, hətta təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Poruçik Qayıbovun göstərdiyi qəhrəmanlıq 1916-cı ilin Çar Rusiyası mətbuatında, hətta alman qəzetlərində də geniş işıqlandırılır.

© Sputnik / Ilham MustafayevAzərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il

Lakin təəssüflər olsun ki, uzun müddət Fərrux ağa Qayıbovun qəhrəmanlıqları aşkara çıxarılmaqdan çox gizlədilməyə çalışılıb. Onun haqqında xatirələr yalnız xalqın yaddaşlarında qorunub saxlanılıb. Ötən əsrin 70-ci illərində Qazax-Tovuz bölgəsindən aviasiya marşalı Pavel Kutaxovun deputat seçilməsi, qəhrəman təyyarəçinin adının əbədiləşdirilməsinə şərait yaratdı. Seçicilərlə görüşlərin birində Fərrux ağa Qayıbovun da bu bölgədən olduğunu öyrənən Kutaxov, təyyarəçinin rayonda adının əbədiləşdirilməsi üçün işlər görəcəyinə söz verir və çox keçmir Qazaxa təyyarə-heykəl abidəsi və postament üzərinə vurulacaq "İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə" sözləri yazılmış lövhə göndərir.

Lakin o dövrdəki rayon rəhbərliyinin vəzifə qorxusu nəticəsində bu sözlər "Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə" yazısı ilə əvəzlənir. Beləliklə yenə geniş xalq kütlələri Fərrux ağa Qayıbov və onun şərəfinə ucaldılan abidənin mahiyyətindən məlumatsız qalır.

© Sputnik / Ilham MustafayevAzərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il

Dövlət müstəqilliyimizi qazandıqdan sonra da abidənin taleyinə biganə yanaşıldı. 2004-cü ildə yol çəkilişi bəhanəsi ilə, heykəl-təyyarəni tarixi yerindən götürərək yararsız halda kənara atdılar. Belə vəziyyətdə Yuxarı Salahlı kənd sakinləri şəxsi vəsaitləri hesabına abidəni kəndlərinə apararaq məhv olmaqdan qorudular.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Fərrux ağa Qayıbova və onun şərəfinə hazırlanmış abidə-təyyarəyə əsl dəyər, rayona ötən il icra başçısı təyin edilən və qısa müddətdə bütün qazaxlıların rəğbətini qazanan Rəcəb Babaşov tərəfindən verildi. 40 ildən artıqdır Qazaxın rəmzinə çevrilən abidə gətirilərək, rayonun Ağstafa tərəfindən girişində quraşdırıldı və ətrafında yaşıllıq yaradıldı, park kompleksi salındı. Abidənin üzərinə, onun ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun şərəfinə ucaldıldığı barədə lövhə də vuruldu.

© Sputnik / Ilham MustafayevAzərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il  - Sputnik Azərbaycan
Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi. Qazax, 12 sentyabr 2017-ci il

Həmçinin, dünən Rəcəb Babaşovun təşəbbüsü ilə qəhrəman təyyarəçinin həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Qayıbovun qohumları, hərbçilər, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrinin iştirak etdiyi mərasimdə təyyarəçinin "Fəxri Qazaxlılar" parkında yerləşən büstü önünə gül dəstələri qoyulub, ruhuna dua oxunduqdan sonra xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

© Sputnik / Ilham MustafayevFərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarənin önündəki lövhə
Fərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarənin önündəki lövhə - Sputnik Azərbaycan
Fərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarənin önündəki lövhə

Tədbirdə çıxış edən şair Barat Vüsal, tarix müəllimi Mustafa Mirzəyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova qəhrəmanın keçdiyi döyüş yoluna bir daha nəzər salıb, fəxri qazaxlılara gösərdiyi ehtiram və diqqətə görə rayon icra başçısına öz təşəkkürlərini bildiriblər.

Xəbər lenti
0