BAKI, 13 sentyabr — Sputnik. Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,72% artaraq 49,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36% artaraq 55,01 dollar olub.
Beləliklə, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.