Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Şəki şəhərində 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 22.00 radələrində baş verib.
Şəhər sakini, 1963-cü il təvəllüdlü Fərahim Sadəddin oğlu Cəbrayılovu, şəhərin Nəriman Nərimanov küçəsində 12 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vurub. O, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı prokurorluqda cinayət işi başlayıb.